[b]“Qalatasaray” finala yaxınlaşdı[/b]
27.02.2018 - 23:39
[b]“Qalatasaray” finala yaxınlaşdı[/b]

Türkiyə Kubokunda yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, iki matçdan ibarət mərhələnin ilk qarşılaşmaları çərçivəsində əvvəlcə “Qalatasaray” meydana çıxıb.

 

İstanbul nəhəngi “Akhisar” səfərinə yollanıb. Qarşılaşmanın gedişində 0:1 hesabı ilə geri düşən “cimbom” son dəqiqələrdə vurduğu qolla əzmkar qələbə qazanıb. Sinan Gümüş komandasını finala yaxınlaşdıran qolu rəqib qapısından keçirib.

 

Qeyd edək ki, yarımfinalın digər matçında “Fənərbaxça” ilə “Beşiktaş” qarşılaşacaq.

 

Türkiyə Kuboku

Yarımfinal (ilk oyun)

 

“Akhisar” – “Qalatasaray” – 1:2

Qollar: Seleznyov, 19 – Ahmet Çalık, 21, Sinan Gümüş 88