[b]“Qalatasaray” iranlı hücumçu ilə müqavilə bağlayır[/b]
12.12.2017 - 09:43
“Qalatasaray” heyətinə yeni futbolçu qatır. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul klubu iranlı hücumçu Allahyar Sayyadmaneşlə ilkin razılığa gəlib.
16 yaşlı forvardın müqaviləyə qol çəkmək üçün İstanbula yollandığı bildirilir. “Saypa” klubunun aşağı yaş qrupunda və İranın U-17 yığmasında oynayan Sayyadmaneş “Qalatasaray”ın heyətinə isə qış fasiləsində qoşulacaq.
Mərkəz hücumçusu mövqeyi ilə yanaşı, cinahlarda da çıxış etməyi bacaran Sayyadmaneşin keçidinin “cim-bom”a hansı məbləğə başa gəldiyi açıqlanmır.
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI
0
0