[b]“Qalatasaray” Podolski üçün Venqerlə razılaşdı[/b]
09.08.2014 - 05:30
[b]“Qalatasaray” Podolski üçün Venqerlə razılaşdı[/b]

 

“Qalatasaray” futbol klubu “Arsenal”ın almaniyalı ulduzu Lukas Podolskini sıralarına qata bilər. Apasport.az saytının məlumatına görə, baş məşqçi Arsen Venqerlə razılaşan “cim-bom” futbolçunun qərarını gözləyir.

 

“Arsenl”la Kosta-Rika millisinin oyunçusu Co Kempbellə bağlı danışıq aparmaq üçün Londona gedən klub meneceri Cen Ergün gözlənilmədən Almaniya millisinin tərkibində dünya çempionu olan Lukas Podolski ilə bağlı razılaşma əldə edib. “Arsenal”ın baş məşqçisi Arsen Venqer son zamanlar gözəl oyun göstərən Kembelli buraxmağa razı olmasa da, Podolskini buraxmağa razılaşıb.

 

Hazırda bütün nəzərlər futbolçunun özünə yönəlib. Ergün alman futbolçu və onun meneceri ilə yaxın 1-2 gün ərzində masa arxasına oturacaqlarını bildirib. “Qalatasaray” Podolskini tam almaq istəyir. Amma futbolçu İngiltərədən ayrılmaq istəməsə, İstanbul klubu onu icarəyə də götürə bilər.

 

Qeyd edək ki, bu, Podolskinin “Qalatasaray”la ilk danışığı deyir. Podolski 3 il əvvəl “Köln”də oynayan zaman o zamankı klub başqanı Adnan Öztürk onu almaq istəyib. Amma “Köln”nün həddən artıq böyük məbləğ tələb etməsi “Qalatasaray”ı fikrindən vaz keçməyə məcbur edib.