[b]“Qalatasaray” yeni baş məşqçisini seçdi[/b] - FOTO
20.04.2016 - 17:13
[b]“Qalatasaray” yeni baş məşqçisini seçdi[/b] - FOTO

“Qalatasaray” rəhbərliyi mövsümün sonunda komandanın “sükanı arxası”na keçəcək mütəxəssisi müəyyənləşdirib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “sarı-qırmızılılar” isveçrəli Lusyen Favrla ilkin razılıq əldə ediblər.

 

Cari mövsümün gedişində Mönhenqladbax “Borussiya”sından ayrılan təcrübəli mütəxəssis müqaviləsinin ikitərəfli razılıqla ləğvinə indi müsbət cavab verib. Favrın 2017-ci ilin yayına qədər olan müqaviləsinin ləğvinə razılıq verməsi məhz “Qalatasaray”la ortaq məxrəcə gəlməsi ilə əlaqələndirilir.

 

Almaniya mətbuatı bu keçidin baş tutma ehtimalını yüksək qiymətləndirir. Belə ki, rəhbərlik “Çaykur Rizəspor”la bu gün keçiriləcək ölkə kuboku matçından sonra Favrla yenidən danışıq masası arxasında əyləşəcək. Tərəflər ortaq məxrəcə gəlsələr, 58 yaşlı mütəxəssis gələn mövsümdən İstanbul nəhəngini çalışdıracaq.

 

Qeyd edək ki, Lusyen Favr son klubu olan “Borussiya”da 4 il (2011-2015) çalışıb.

0