[b]“Qalatasaray”da bomba təşvişi[/b]
30.06.2017 - 15:56
[b]“Qalatasaray”da bomba təşvişi[/b]

Bu gün Slovakiyaya yollanan “Qalatasaray”ı şok hadisə təşvişə salıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom”u səfərə aparan təyyarənin eniş edəcəyi Bratislava hava limanında bomba həyəcanı yaşanıb.

 

Belə ki, sərnişinlərdən biri çantasını avtobus dayanacağına qoyaraq, ordan uzaqlaşıb. İnsanların çoxluq təşkil etdiyi yerdə sahibsiz çantanın olması çaxnaşmaya səbəb olub. Dərhal bomba zərərsizləşdirən dəstə çağırılıb. Həmin dəstə ora gələrək çantanı xüsusi fişənglə partladıb.

 

Yalnız partlayışdan sonra həyəcanın gərəksiz olduğu və sahibinin çantanı unutduğu üzə çıxıb.

0