Bu gün Bafetemi Qomislə müqavilə imzalayan “Qalatasaray” azarkeşlərinə daha iki şad xəbər verib. Apasport.az saytının məlumatına görə istanbullular bir neçə gün əvvəl anlaşdıqları Yunes Belhandanı da Türkiyəyə gətirib.
Mərakeşli futbolçu sabah sağlıq yoxlamasından keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq. Müqavilə ilə Kiyev “Dinamo”suna məxsus olan Belhanda son mövsümü icarə əsasında “Nitsa”da keçirib.
Ancaq “aslanlar”ın azarkeşlərə müjdəsi bununla bitmir. Komanda bu gün İstanbul birjasına verdiyi məlumatda braziliyalı futbolçu Maykon və klubu “Sao Paolo” ilə danışıqlara başlanıldığını açıqlayıb və müdafiəçinin bu gecə paytaxtda olması gözlənilir.
Qeyd edək ki, Türkiyə mətbuatında “Qalatasaray”ın Qael Klişi ilə anlaşdığı haqqında xəbərlər çıxsa da, bu, hələlik klbu tərəfindən rəsmən təsdiqlənməyib.