[b]“Qalatasaray”ın oyunçusu çinlilərin “radar”ında[/b]
07.03.2018 - 22:15
Bafetimbi Qomisin Türkiyədəki uğurlu çıxışı onun müştərilərinin sayını artırıb. Apasport.az saytının məlumatına görə, fransalı hücumçuya Çindən təklif gəlib.
“Qalatasaray”ın futbolçusu “Quançjou Everqrande” klubunun diqqət mərkəzinə düşüb. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilib ki, çinlilər fransalı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdı.
İtaliyalı mütəxəssis Fabio Kannavaronun çalışdırdığı “Quançjou Everqrande” hücumçunun özünə illik 10 milyon avro ödəməyə söz verir.
Qeyd edək ki, Qomis Super Liqanın cari mövsümündə 24 oyuna 24 qol vurub.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0