Qəbələdə Azərbaycan Kubokunun final qarşılaşmasından öncə “Neftçi” ilə “Qarabağ”ın veteranları arasında şou xarakterli görüş təşkil edilib. Apasport.az saytının məlumatına görə, bu matçda 1996-cı ildə adıçəkilən komandaların formasını geyinmiş və finalda iştirak etmiş oyunçular meydançaya ayaq basıblar.
Maraqlıdı ki, həmin il olduğu kimi, yenə qarşılaşmanı keçmiş hakim Tahir Süleymanov idarə edib. Ona Sabir Hacıyev və Azad Hüseynov köməklik ediblər.
Veteranlar üçün xüsusi formalar da hazırlanıb. Belə ki, həmin formalarda onların adları və 1996-cı ildəki nömrələri yazılıb.
Komandalar meydana aşağıdakı heyətlərlə çıxıblar:
“Qarabağ”: Cəmaləddin Əliyev, Səttar Əliyev, Elşad Əhmədov, Aslan Kərimov, Təbriz Həsənov, Vadar Nuriyev, Emin Salmanov, Yaşar Hüseynov, Tərlan Əhmədov, Müşfiq Hüseynov, Nazim Əliyev, Elmir Xankişiyev, Elşad Xudadatov, Zaur Qarayev, Mahir Əliyev, Kənan Kərimov, Mehman Alışanov.
“Neftçi”: Elxan Həsənov, Arif Əsədov, Mehman Yunusov, Vidadi Rzayev, Mais Əzimov, Rasim Abuşov, Yunis Hüseynov, Yaşar Vahabzadə, İlham Məmmədov, Samir Ələkbərov, İlham Yadullayev, Aydın Ələkbərov, Füzuli Məmmədov, Xaqani Məmmədov, Əli Abuşov, Bəxtiyar Musayev.
Maraqlı mübarizə şəraitində keçən dostluq qarşılaşması elə sülh hesabı ilə də başa çatıb.
Hər iki tərəfin bir dəfə fərqləndiyi oyunda qalib müəyyənləşməyib.
“Neftçi”dən Xəqani Məmmədovun vurduğu qola, “Qarabağ”dan Kənan Kərimov cavab verib.
Matçdan sonra hər iki komandanın üzvlərinə PFL tərəfindən xatirə hədiyyələri təqdim olunub.