[b]“Qarabağ” - “Tottenhem”: biletlərin 1/3 hissəsi satılıb[/b]
25.11.2015 - 12:28
[b]“Qarabağ” - “Tottenhem”: biletlərin 1/3 hissəsi satılıb[/b]

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində “Tottenhem”lə keçirəcəyi oyun üçün bilet satışı davam edir. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, biletlərin 1/3 hissəsi artıq satılıb.


Noyabrın 23-dən indiyə qədər Tofiq Bəhramov adına Respublika stadionunda satışa çıxarılan 30 min biletdən hələlik 10 mini satılıb. Lakin Ağdam klubunun adətən Avrokubok matçlarında izdiham yarandığını nəzərə alsaq, sektorlar üzrə 1 manatdan 10 manata qədər olan biletlərin böyük əksəriyyətinin oyun saatına qədər satılması gözlənilir.

 

Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” görüşü sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.