[b]“Zalsburq” - “Qarabağ” matçının canlı yayımlanacağı kanal bəlli oldu[/b] - YENİLƏNİB
06.08.2014 - 19:20
[b]“Zalsburq” - “Qarabağ” matçının canlı yayımlanacağı kanal bəlli oldu[/b] - YENİLƏNİB

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasında  "Qarabağ" səfərdə Avstriyanın "Zalsburq" klubunun qonağı olacaq. Apasport.az xəbər verir ki, Zalsburqun eyniadlı stadionunda keçiriləcək oyun AzTV telekanalı vasitəsilə canlı yayımlanacaq.

 

Matçın birbaşa nümayiş olunması ilə bağlı danışıqlar gün ərzində davam edib və yekunda razılaşma əldə olunub.

 

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun 2:1 hesabı ilə ağdamlıların xeyrinə başa çatıb.