Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” sabah növbəti yoxlama görüşünə çıxacaq. Apasport.az xəbər verir ki, Qurban Qurbanovun komandası Almaniya III regional liqa təmsilçisi “Vakker”lə qarşılaşacaq.
Oyun Ağdam təmsilçisinin Avstriyada məskunlaşdığı otelin məşq meydançasında baş tutacaq. Qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.
Qeyd edək ki, “Qarabağ” bundan öncə 2 yoxlama oyununda qüvvəsini sınayıb və hər iki qarşılaşmada meydandan məğlub ayrılıb. Əvvəlcə Ukrayna “Şaxtyor”una 0:2 hesabı ilə uduzan ağdamlılar, daha sonra Rusiya “Krosnodar”ına (0:1) məğlub olub.