[b]“Qarabağ” “Neftçi”yə çatacaqmı?[/b]
18.03.2014 - 17:21
[b]“Qarabağ” “Neftçi”yə çatacaqmı?[/b]

Sabah Azərbaycan kubokunun 1/4 final mərhələsində baş tutacaq cavab oyunları 4 yarımfinalçının adına aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, mübarizəni davam etdirən 8 komandadan yalnız ikisi tarixində heç vaxt yarımfinalda oynamayıb. Bunlar “Rəvan”la “Araz-Naxçıvan”dır.

 

1/4 finalın digər iştirakçıları isə əvvəllər də ən yaxşı 4 komanda sırasında olub. “Qəbələ” cəmi 2 dəfə bunu bacarıbsa, digər 5 komanda yarımfinalın daimi sakinlərinə çevrilib. Bu mərhələdə ən çox oynayan 5 komanda yenidən uğurunu təkrarlamağa yaxındır.

 

Mütləq rekorda sahib “Neftçi” “İnter” səddini adlasa, 13-cü dəfə finalın 1 addımlığında olacaq. “Ağ-qaralar”ın büdrəməsi isə “Qarabağ”a rekordu təkrarlamaq imkanı yarada bilər. Yarımfinaldakı iştirak sayında 3-cü olan “Bakı” liderlərdən geri qalır. “İnter”lə “Xəzər Lənkəran”ı paytaxtın eyniadlı təmsilçisindən minimal fərqlə geri qalır.

 

Bir maraqlı məqam da var ki, sabah meydan sahibi olacaq “Neftçi”, “Qarabağ”, “Bakı” və “Xəzər Lənkəran” mərhələ adlasa, ötənilki yarımfinalçıların tərkibi dəyişməz qalacaq. 2012/13 mövsümündə də yarımfinalda bu 4 komanda mübarizə aparmışdı. Onlar “Neftçi” “Qarabağ”ı, “Xəzər Lənkəran” isə “Bakı”nı udaraq finala çıxmışdı.

 

Yarımfinala ən çox yüksələn komandalar

1. “Neftçi” - 12

2. “Qarabağ” – 11

3. “Bakı” – 8

4-5. “İnter” və “Xıəzər Lənkəran” – hərəsi 7

... “Qəbələ” – 2