Topaz Premyer Liqasının XXIV turunda səfərdə “Sumqayıt”la qarşılaşan “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, ağdamlılar bu qələbə ilə sona 4 tur qalmış çempionluğu rəsmiləşdiriblər.
İlk dəfə 1993-cü ildə qızıl medallara yiyələnən ağdamlılar 2013/14, 2014/15, 2015/16, 2016/17 mövsümlərinin ardından 2017/18 mövsümündə də hamıdan güclü olub. Qurbanovun komandası həm də ardıcıl qızıl medal sayında öz rekordunu yeniləyib.
Qeyd edək ki, ümumilikdə 8 komanda qızıl medallara sahib olub və “Qarabağ” çempionluq sayında yalnız “Neftçi”dən geri qalır. Bakılılar 8, Ağdam klubu 6 dəfə yarışın qalibi olubsa, “Kəpəz”in 3, “Şəmkir”, “Keşlə” (“İnter” adlandığı vaxt) və “Bakı”nın hərəyə 2, “Turan”la “Xəzər Lənkəran”ın hərəyə 1 çempionluğu var.
Mövsüm |
Çempion |
1992 |
“Neftçi” |
1993 |
“Qarabağ” |
1993/94 |
“Turan” |
1994/95 |
“Kəpəz” |
1995/96 |
“Neftçi” |
1996/97 |
“Neftçi” |
1997/98 |
“Kəpəz” |
1998/99 |
“Kəpəz” |
1999/2000 |
“Şəmkir” |
2000/01 |
“Şəmkir” |
2001/02 |
yarımçıq qalıb |
2002/03 |
Keçirilməyib |
2003/04 |
“Neftçi” |
2004/05 |
“Neftçi” |
2005/06 |
“Bakı” |
2006/07 |
“Xəzər Lənkəran” |
2007/08 |
“İnter” |
2008/09 |
“Bakı” |
2009/10 |
“İnter” |
2010/11 |
“Neftçi” |
2011/12 |
“Neftçi” |
2012/13 |
“Neftçi” |
2013/14 |
“Qarabağ” |
2014/15 |
“Qarabağ” |
2015/16 |
“Qarabağ” |
2016/17 |
“Qarabağ” |
2017/18 |
“Qarabağ” |