[b]“Qarabağ” avrokuboklarda![/b]
07.04.2018 - 19:37
[b]“Qarabağ” avrokuboklarda![/b]

Azərbaycan Premyer Liqasının XXII turu ölkə çempionatının mükafatçılarından birinin adının rəsmiləşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, yarışın lideri “Qarabağ” sona 6 tur qalmış ilk “üçlük”dəki yerini təmin edib.

 

Qurban Qurbanovun yetirmələri buna “Səbail” üzərində 1:0 hesablı qələbə ilə nail olub. Qazanılan 3 xal ağdamlıları növbəti mükafata daşıyıb.

 

Çünki 22 oyundan sonra xal hesabı 53-ə çatan “Qarabağ” daha iki komanda üçün əlçatmaz olub. “Səbail”in uduzması ilə hazırda 30 xala malik “Neftçi” çempionluq şansını itirib. Ağdam klubunu keçməyə nəzəri şanslarını “Qəbələ”, həmçinin “Sumqayıt” - “Zirə” cütlüyündən biri qoruyur.

 

Ağdam təmsilçisi ilk “üçlük”də yerini rəsmiləşdirməklə, avrokuboklara vəsiqəni də özəlləşdirib. Çünki mükafatçılar sırasında yer alan “üçlük” qitə miqyaslı turnirlərdə Azərbaycanı təmsil etmək hüququna yiyələnəcək. 4-cü komanda isə kubokun nəticələrindən asılı olacaq.