Azərbaycan Premyer Liqasının XIX turunun qarşılaşmaları yalnız bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, qırmızı vərəqənin qeydə alınmadığı turdan sonra yeganə itki ilə “Qarabağ” üzləşib.
Ağdam təmsilçisi ispaniyalı yarımmüdafiəçi Miçelin xidmətindən məhrum olub. “Zirə”ylə qarşılaşmadakı sarı vərəqə legionerin 4-cü xəbərdarlığı olub. Miçelin hesabında daha bir oyunda qırmızı vərəqəyə çevrilən 2 sarı vərəqə də var. Lakin ispaniyalı həmin matçın cəzasını çəkib.
Miçelin bu dəfəki cəzası isə XX tura tətbiq olunacaq. O, “Qarabağ”ın əzəli rəqibi “Neftçi” ilə Azərbaycan derbisini buraxacaq.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ