[b]“Qarabağ” dincəlir[/b]
14.01.2018 - 23:06
Antalyada qış təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün istirahət edib. Apasport.az saytının məlumatına görə, ağdamlılar sabahdan məşqləri bərpa edəcəklər.
Artıq 5 gündür Antalyada olan komanda bu müddətdə bəzi günlər bir, bəzən isə iki məşq ediblər.
Qeyd edək ki, qış fasiləsinə lider yollanan Ağdam təmsilçisi ilk yoxlama matçını yanvarın 17-də Rusiyanın “Kuban” klubuna qarşı keçirəcək.
0
0