UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi cavab qarşılaşması “Qarabağ” – “Seltik” matçının hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, görüşdə əsas söz sahibi isveçli FİFA referisi Martin Strömberqsson olacaq.
Ona həmyerliləri Daniel Qustavson və Stefan Hallberq köməklik edəcək.
Qarşılaşmasnın dördüncü hakimi funksiyasını isə Yohan Hamlin yerinə yetirəcək.
Qeyd edək ki, bu mərhələnin ilk qarşılaşması Şotlandiyada keçiriləcək və o oyunu avstriyalı hakimlər briqadası idarə edəcək. Baş hakim Robert Şorgenhoferə Matthias Vinsaue, Richard Hubler, Dominik Ouşan kömək edəcək.
Əlavə olaraq bildirək ki, təmsilçimizin ilk maçı iyulun 29-da Bakı vaxtı ilə saat 23:45-də Qlazqoda "Celtik Park" arenasında, ikinci oyunu isə avqustun 5-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq