Çempionlar Liqasının II təsnifat mərhələsindəki təmsilçimiz “Qarabağ”ın ilk oyununu keçirəcəyi tarix meydan sahibləri üçün uğurlu gündü. Apasport.az saytının məlumatına görə, Lüksemburq çempionu “Düdelanj”la sabah baş tutacaq qarşılaşma klublarımızın iyulun 12-dəki 6-cı görüşüdü.
Əvvəlki 5 matçın hamısında meydan sahibləri qələbə qazanıb. “Neftçi” 2, “İnter” 1 dəfə bu tarixdə azarkeşlərini sevindirib. Hər üç matçda da quru hesablı qələbə qeydə alınıb.
Belə ki, iyulun 12-də öz meydanında oynayan təmsilçilərimiz qol buraxmadan qalib gəlir. Səfərdə oynayan “Şəmkir”lə “Bakı” isə bu tarixdə uduzub. Qərblilər iyulun 12-də qonaqların vurduğu yeganə qolun müəllifidi.
Azərbaycan klubları iyulun 12-də
12 iyul 2000. “Skonto” (Latviya) – “Şəmkir” - 2:1
12 iyul 2005. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) - 2:0
12 iyul 2008. “Neftçi” - “Jerminal” (Belçika) - 1:0
12 iyul 2012. “Mura” (Sloveniya) – “Bakı” - 2:0
12 iyul 2012. “İnter” – “Trans” (Estoniya) - 2:0