[b]“Qarabağ” tanış rəqibə qarşı[/b]
08.08.2014 - 16:24
[b]“Qarabağ” tanış rəqibə qarşı[/b]

Azərbaycan və Hollandiya klubları avrokuboklar tarixində 2-ci dəfə üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, iki ölkə təmsilçiləri yenə “Qarabağ” və “Tvente”nin timsalından münasibətlərini aydınlaşdıracaq.

 

Avropa Liqasının pley-off mərhələsində üz-üzə gələcək iki komanda 5 il əvvəl də eyni yarışın elə bu raundunda görüşmüşdü. Onda öz meydanında qalib gələn Enshede təmsilçisi Bakıda qolsuz heç-heçəylə kifayətlənmişdi.

 

Məhz 5 il əvvəlki dueldən sonra “Qarabağ” gənc hücumçusu Vaqif Cavadovu “Tvente”yə transfer etmişdi. İki klub arasında əməkdaşlıqla bağlı müqavilə də həmin keçiddən sonra imzalanmışdı. Bunları nəzərə alsaq, Ağdam təmsilçisi Hollandiyaya növbəti dəfə oyunçu satması istisna deyil.

 

Qeyd edək ki, məhz “Qarabağ”la oynadığı mövsüm “Tvente” tarixinin yeganə çempionluğunu qazanmışdı. Bu çempionluq gümüş medalın qazanıldığı iki mövsümün arasına təsadüf edib. Ötən mövsüm isə “Ayaks” və “Feyenoord”dan sonra 3-cü olan komanda PSV kimi adlı-sanlı rəqibini mükafatsız qoymuşdu. Bu komandanı hazırda Alfred Şreder çalışdırır.

 

2009/10, Avropa liqası

 

IV təsnifat mərhələsi

20 avqust. “Tvente” (Hollandiya) – “Qarabağ” - 3:1

Vüqar Nadirov

27 avqust. “Qarabağ” – “Tvente” (Hollandiya) - 0:0