[b]“Qarabağ” üçün “asan yem”[/b]
28.04.2014 - 10:20
[b]“Qarabağ” üçün “asan yem”[/b]

Avropanın daha bir ölkəsində çempion bəlli olub. Apasport.az saytının məlumatına görə, Malta çempionatının qalibi son turda müəyyənləşib.

 

“Birkirkara”dan 1 xal geridə olan “Valletta” son turda lideri məğlub etməyi bacarıb. Səfərdəki 2:0 hesablı qələbə paytaxt təmsilçisinə son 4 ildə 3-cü, ümumilikdə 22-ci çempionluğu qazandırıb.

 

Qeyd edək ki, “Valletta” Çempionlar Liqasının II təsnifat mərhələsinə vəsiqə qazanıb. Bu mərhələdə səpələnməmişlərdən olacaq maltalılar güclü komandalar üçün “asan yem” olacaq.

 

Azərbaycan çempionu titulunu qazanması an məsələsi olan “Qarabağ”ın da səpələnmişlərdən olacağını nəzərə alsaq, cırtdan ölkə təmsilçisi ağdamlıların potensial rəqiblərindəndir.