Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Qarabağ” – “Anderlext” qarşılaşmasını idarə edəcək avstriyalı Oliver Draxta əvvəllər də Azərbaycan təmsilçilərinin qarşılaşmalarına təyinat alıb. Apasport.az saytının məlumatına görə, 2010-cu ildən FİFA hakimi olan 38 yaşlı hakim həm yığma, həm klub səviyyəsində təmsilçilərimizlə görüşüb.
UEFA-nın 2-ci kateqoriyasına daxil olan referi 2010-cu il iyunun 2-də Azərbaycan və Honduras millilərinin Avstriyadakı yoxlama matçında fit çalıb. O, qolsuz bitən matçda komandamıza 3, rəqibinə 1 sarı verməklə yanaşı, yığmamızı azlıqda da qoyub. Draxta Saşa Yunisoğluna birbaşa qırmızı vərəqə verib.
2010-cu il iyulun 15-də Şimali İrlandiyada “Portadaun”la “Qarabağ”ın matçında da fit çalan avstriyalı meydan sahiblərini iki xəbərdarlıqla cəzalandırıb. Təmsilçimiz isə səfərdə 2:1 hesabı ilə qələbə qazanıb.
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı