[b]“Qarabağ” uduza-uduza hazırlaşır[/b]
28.06.2014 - 19:55
[b]“Qarabağ” uduza-uduza hazırlaşır[/b]

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” az öncə ikinci yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, son ölkə çempionu Rusiyanın “Krasnodar” klubu ilə qüvvəsini sınayıb. Görüş "Krasnodar"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.


Qeyd edək ki, “Qarabağ” hazırlıq çərçivəsində ilk yoxlama matçında Ukrayna çempionu “Şaxtyor”a uduzmuşdu - 0:2.

“Qarabağ” (Azərbaycan) – “Krasnodar” (Rusiya) - 0:1 
Qol: Odil Ahmedov, 47 (0:1)