[b]“Qarabağ” üzərində qələbə və 1500 manat[/b]
07.05.2018 - 14:30
[b]“Qarabağ” üzərində qələbə və 1500 manat[/b]

Topaz Premyer Liqasının XXVI turunda “Qarabağ”ı səfərdə məğlub edən (1:0) “Neftçi” “Sumqayıt”a çatmaqla Avropa Liqasına iddiasını artırıb. Apasport.az saytının məlumatına görə, çempion üzərində qələbə paytaxt təmsilçisinə təkcə turnir cədvəli baxımından qazanc gətirməyib.

 

Klub rəhbərliyi bu münasibətlə futbolçuları mükafatlandırmaq qərarına gəlib. Belə ki, ağdamlılarla qarşılaşmada əsas heyətdə meydana çıxan futbolçuların hər biri 1500 manat dəyərində mükafat əldə ediblər. “Neftçi” rəhbərliyi bununla oyunçuları Avropa Liqası uğrunda mübarizədə həvəsləndirməyə çalışıb.

 

Qeyd edək ki, sona 2 tur qalmış turnir cədvəlinin 4-cü pilləsində qərarlaşan “Neftçi” 3-cü sıradakı “Sumqayıt”la eyni xala (40) malikdi.