[b]“Qarabağ”a Bakıda qol vuran futbolçu “İnter”ə keçdi[/b]
02.08.2017 - 15:50
“Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesino klubunu dəyişib. Apasport.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu karyerasını “İnter”də davam etdirəcək.
2013-cü ildən Florensiya klubunun formasını geyinən Uruqvay millisinin üzvü “neradzurra” ilə 4 illik müqavilə imzalayıb. Bu keçid “İnter”ə 24 milyon avroya başa gəlib.
Qeyd edək ki, Vesino ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin “Qarabağ”la Bakıdakı son matçında fərqlənmişdi. “Fiorentina”nın 2:1 hesabı ilə qalib gəldiyi görüşün 60-cı dəqiqəsində yarımmüdafiəçi hesabı açmışdı.
0
0