“Çelsi” klubun akademiyasının futbolçusu ilə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, “zadəganlar” U-19 komandasının müdafiəçisi Trevo Çaloba ilə 3,5 illik razılıq əldə ediblər.
18 yaşlı futbolçu aşağı yaş qruplarında daimi əsas heyət oyunçusu hesab olunub. O, komandasının UEFA Gənclər Liqasının 1/4 final mərhələsinə yüksəlməsinə də kömək edib. Onlar bu yarış çərçivəsində növbəti həftədə Madrid “Real”ı ilə qarşılaşacaqlar.
Çalobanın çıxışını nəzərə alaraq, o, bir neçə dəfə əsas komandanın məşqlərinə də cəlb olunmuşdu. “Çelsi”nin baş məşqçisi Antonio Konte müdafiəçini ilk dəfə Premyer Liqanın “Mançester Siti” ilə oyununda “18-liy”ə də daxil etmişdi. Lakin onu meydana buraxmamışdı.
Qeyd edək ki, “Qarabağ”ın Gənclər Liqasındakı oyununda Çaloba təmsilçimizə qarşı da forma geyinib.
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ