İtaliya yığmasının DÇ-2018-in pley-off mərhələsində İsveçlə səfər oyunu yarımmüdafiəçi Daniele De Rossi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, komandası 0:1 hesabı ilə məğlub olsa da, 34 yaşlı futbolçu millidə öz göstəricisini yaxşılaşdırıb.
Belə ki, “Roma”nın kapitanı “Skuadra Adzurra”nın heyətində 117-ci matçına çıxıb. 2004-cü ildən İtaliya millisinə çağırılan De Rossi bununla Andrea Pirlonu qabaqlayaraq, millidə ən çox oyun keçirən 4-cü oyunçu olub. Hazırda onu yalnız Paolo Maldini (126 oyun), Fabio Kannavaro (136) və Canluici Buffon (173) qabaqlayırlar.
Qeyd edək ki, Daniele De Rossi Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”la Bakıdakı matçda iştirak edib. O, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmanın 67-ci dəqiqəsində meydana daxil olub və komandası 2:1 hesablı qələbə qazanıb.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”