Bosniya və Herseqovinada fevral ayının rəmzi yığması tərtib olunub. Apasport.az saytının məlumatına görə, heyətdə ötən ay keçirilən rəsmi matçlarda ən yaxşı çıxış edən 11 oyunçu yar alıb.
“Qarabağ”ın qapıçısı İbrahim Şehiç də rəmzi komandaya düşüb. Yerli və xarici klubların şərəfini qoruyan bosniya və herseqovinalılardan təşkil olunan “11-liy”in qolkiperi məhz Azərbaycan çempionu seçilib.
Ay ərzində keçirdiyi üç oyunda qapısında qol görməyən İbrahimin yer aldığı komanda 4-4-2 sistemi ilə qurulub. Müdafiədə Samir Memişeviç (“Qroningen”, Hollandiya), Oqnyen Vranyes (AEK, Yunanıstan), Ervin Zukanoviç (“Cenoa”, İtaliya) və Sead Kolaşinats (“Arsenal”, İngiltərə) qərarlaşıb.
“11-liy”in yarımmüdafiəsi Sanyin Prçiç (“Renn”, Fransa), Miralem Pyaniç (“Yuventus”, İtaliya), Rade Kruniç (“Empoli”, İtaliya), Edin Viska (“Başakşəhər”, Türkiyə), hücum xətti isə Edin Dzeko (“Roma”, İtaliya) və Smail Prevlyakdan (“Zalsburq”, Avstriya) ibarətdi.
Qeyd edək ki, “Qarabağ” bu ay “Qəbələ” (0:0), “Kəpəz” (1:0) və “Səbail”lə (1:0) qarşılaşıb.