[b]“Qarabağ”da yeni ad[/b]
16.06.2014 - 14:30
Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qarabağ” növbəti transferini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Ağdam təmsilçisi Danilo Dias və Tərlan Quliyevin ardından Cavid Tağıyevin keçidini həll edib.
Tovuz futbolunun yetirməsi olan 22 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb. Millimizin aşağı yaş qruplarının da formasını geyinən Tağıyev yeni klubun 77 nömrəli formanı geyinəcək.
0
0