[b]“Qarabağ”dan ilk pley-off qələbəsi[/b]
21.08.2015 - 08:41
[b]“Qarabağ”dan ilk pley-off qələbəsi[/b]

Ağdamın “Qarabağ” klubu ilkə imza atıb. Apasport.az saytının məlumatına görə, əyalət klubu tarixində ilk dəfə pley-off mərhələsində qələbə qazanıb.

 

5-ci dəfə Avropa Liqasının bu raunduna çıxan Qurban Qurbanovun yetirmələri İsveçrədə baş tutan ilk matçda “Yanq Boyz” 1:0 hesabı ilə məğlub edib. Bunadək pley-offun 8 matçında 3 heç-heçə edib, 5 məğlubiyyət alan təmsilçimiz ilk qələbəsini rəsmiləşdirib.

 

Düzdü, “Qarabağ” pley-offu səfərə qolu sayəsində keçməyi də bacarıb. Lakin buna qələbəsiz nail olan ağdamlılar ilk qalibiyyətini 9-cu matçda aldı.

 

Ümumiyyətlə isə Azərbaycan klubları pley-offada ikinci dəfə qalib gəldi. İlk belə uğura 3 il əvvəl Kiprdə APOEL-i məğlub edən (3:1) “Neftçi” imza atmışdı. Bu uğuru təkrarlayan “Qarabağ” cavab qarşılaşmasında ilkə imza ata bilər.

 

Belə ki, indiyədək 8 dəfə pley-off oyunu Bakıda keçirilsə də, komandalarımız evdə qalib gəlməyib. Ağdam təmsilçisi avqustun 27-də bu sindromu da qırmağa çalışacaq.

 

Azərbaycan klubları Avropa Liqasının pley-off mərhələsində

2009/10

“Tvente” (Hollandiya) – “Qarabağ” – 3:1, 0:0

“Bakı” – “Bazel” (İsveçrə) – 1:3, 1:5

2010/11

“Borussiya” (Dortmund, Almaniya) – “Qarabağ” – 4:0, 1:0

2012/13

“Neftçi” – APOEL (Kipr) – 1:1, 3:1

2013/14

“Qarabağ” – “Ayntraxt” (Almaniya) – 0:2, 1:2

2014/15

“Qarabağ” – “Tvente” (Hollandiya) – 0:0, 1:1

“Partizan” (Serbiya) - “Neftçi” – 3:2, 2:1

2015/16

“Qəbələ” – “Panatinaikos” (Yunanıstan) – 0:0

“Yanq Boyz” (isveçrə) – “Qarabağ” – 0:1