Ağdamın “Qarabağ” klubu yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri qış fasiləsinə ən böyük üstünlüklə yollanan komanda olub.
Topaz Premyer Liqasında mövsümün ilk yarısını 38 xalla tamamlayan Ağdam klubu ən yaxın izləyicisi “İnter”i 8 xal qabaqlayır. Bu isə ölkə çempionatları tarixində qış fasiləsində qeydə alınan ən böyük fərqdi.
1993/94 mövsümündən etibarən payız-yaz sistemi ilə keçirilən ölkə çempionatlarında bunadək ən böyük üstünlük 5 xala bərabər idi.
2006/07 mövsümündə “Xəzər Lənkəran” “MKT Araz”ı, növbəti il isə “Olimpik” Lənkəran təmsilçisini 5 xal qabaqlamışdı. Ötən il isə “Qarabağ” “İnter”i eyni hesabla arxada qoymuşdu.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”