[b]“Qarabağ”dan sonra “Səbail” üçün[/b]
07.03.2018 - 23:13
[b]“Qarabağ”dan sonra “Səbail” üçün[/b]

Azərbaycan Premyer Liqasının XVII turunda “Qarabağ”la qarşılaşan “Sumqayıt” birgünlük istirahətin ardından “Səbail”lə matçın hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, Sumqayıt təmsilçisi Samir Abasovun rəhbərliyi altında saat 18:30-da doğma arenada məşqə çıxıb.

 

Xəstə olduğu üçün ötən turu buraxan Rəşad Eyyubov tam sağalaraq komanda ilə birgə çalışıb. 1,5 saat davam edən hazırlıq prosesində əsasən toplu çalışmalara üstünlük verilib. Məşq ikitərəfli oyunla yekunlaşıb.

 

Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması martın 11-də “Bayıl Arena”da keçiriləcək. Matç saat 17:00-da start götürəcək.