Çempionlar Liqasının 2014/15 mövsümündə ilk 2 təsnifat mərhələsində iştirak edəcək 23 klub bəlli olub. Apasport.az saytının məlumatına görə, qarşıdakı mövsümdə qitənin ən nüfuzlu turnirində çempionlardan 6-sı I, 31-i II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
Ən zəif “altılıq”dan 4-ü müəyyənləşib. Azərbaycan çempionunun da yarışa qoşulacağı II təsnifat mərhələsinin isə 19 iştirakçısı bəllidir. Onlardan 9-nun səpələnmiş, 5-nin səpələnməmiş olması da dəqiqləşib. Daha 5 çempion isə püşk zamanı hansı səbətdə yer alacağını gözləyir.
Böyük ehtimalla səpələnmiş olacaq Azərbaycan təmsilçisi 5 klubla yanaşı, I təsnifat mərhələsinin qalibləri ilə də görüşə bilər. Çempionatın sonuna 3 tur qalmış 6 xal üstünlüyə malik “Qarabağ” mövqeyini qoruyacağı halda, səpələnmiş kimi asan rəqiblə düşəcək.
I təsnifat mərhələsi
Səpələnmişlər
“Torshavn” (Farer adaları), “Levadiya” (Estoniya), “Santa Koloma” (Andorra)
Səpələnməmişlər
“Linkoln” (Cəbəllütariq), Ermənistan və San-Marino çempionları
II təsnifat mərhələsi
Səpələnmişlər
“Seltik” (Şotlandiya), BATE (Belarus), “Sparta” (Çexiya), “Dinamo” (Xorvatiya), “Makkabi” (Təl-Əviv. İsrail), “Şerif” (Moldova), “Aktobe” (Qazaxıstan), “Ventspils” (Latviya), HİK (Finlandiya), Serbiya və Bolqarıstan çempionları
Səpələnməmişlər
“Skenderbeu” (Albaniya), “Zrinski” (Bosniya və Hersoqovina), “Valletta” (Malta), “Jalgiris” (Litva), “Kliftonvill” (Şimali İrlandiya), Makedoniya və Monteneqro çempionları, I təsnifat mərhələsinin 3 qalibi
Qeyri-mqəyyənlər
“Malmö” (İsveç), “Stromsqodset” (Norveç), “Sent Patriks” (İrlandiya), “Reykyavik” (İslandiya), TNS (Uels), Rumıniya, Azərbaycan, Polşa, Slovakiya, Macarıstan, Sloveniya, Lüksemburq, Gürcüstan çempionları