[b]“Qarabağ”ı yaxşı tanıyıram” – Braziliya millisinin sabiq üzvü[/b]
08.09.2017 - 11:47
[b]“Qarabağ”ı yaxşı tanıyıram” – Braziliya millisinin sabiq üzvü[/b]

“Çox çətin qrupa düşmüşük. Lakin biz öz gücümüzə bələdik”. Apasport.az saytının məlumatına görə, bunu “Roma”nın müdafiəçisi Juan Jesus deyib.

 

İtaliya mətbuatına geniş müsahibə verən Braziliya millisinin sabiq üzvü “Roma”nın Çempionlar Liqasındakı şanslarını da dəyərləndirib. 26 yaşlı mərkəz müdafiəçisi “Çelsi”, “Atletiko” və “Qarabağ”la birgə qərarlaşdıqları qrupdan çıxacaqlarına inanır.

 

Sabiq “İnter”li vaxtilə “neradzurra”nın heyətində üz-üzə gəldiyi Azərbaycan çempionunu tanıdığını da əlavə edib: “Qrupda “Çelsi”, “Atletiko” və “Qarabağ” kimi komandalarla mübarizə aparacağıq. Həmin “Qarabağ” bir neçə il əvvəl Avropa Liqasında “İnter”ə qarşı çıxış edib. O zaman “İnter”də olduğumdan, “Qarabağ”ı yaxşı tanıyıram. İtaliyadakı ilk görüşdə onlara qarşı oynamışam. Ümumiyyətlə, Çempionlar Liqası çox gözəl və çətin marafondu. Bunun məsuliyyətini dərk edirik və hədəfə çatacaq gücdə olduğumuzu bilirik. Bu yolda qrupdakı oyunlar bizə kömək olacaq. Komandama yüz faiz inanıram. İlk görüşümüzü evdə “Atletiko”ya qarşı keçirəcəyik. Daha yüksək məqsədlər barədə danışırıqsa, “Atletiko”dan 3 xal almalıyıq”.

 

Qeyd edək ki, qrupda ilk oyununu sentyabrın 12-də “Atletiko”ya qarşı keçirəcək “Roma” ayın 27-də Bakıda “Qarabağ”ın qonağı olacaq.

0