Ağdamın “Qarabağ” klubu tarixində ilk dəfə qatıldığı Çempionlar Liqasında mərhələ adlayıb. Apasport.az saytının məlumatına görə, Maltanın “Valletta” klubu ilə oyunlaradək Ağdam təmsilçisi 1 dəfə İntertoto, 10 dəfə Avropa Liqasında mərhələ keçmişdi.
Ümumilikdə 12-ci dəfə avropalı rəqibini mübarizədən kənarlaşdıran “Qarabağ” Azərbaycan klubları arasında mütləq rekordçudur. Cəmi 28 dəfə mərhələ adlamağın sevincini yaşayan azarkeşlərimiz ağdamlılardan başqa, 6 dəfə “Neftçi”, 5 dəfə “İnter”, 2 dəfə “Xəzər Lənkəran” bunu bacarıbsa, “Şəmkir”, “Bakı” və “Karvan”ın hərəyə 1 uğuru var.
“Qarabağ”ın 12 uğurundan 11-i indiki baş məşqçisi Qurban Qurbanovun adı ilə bağlıdır. Digər çalışdırıcılardan Kaxaber Sxadadze 3, Böyükağa Ağayev, Ağasəlim Mircavadov, Yunis Hüseynov, Anatoli Demyanenko, Böyükağa Hacıyev hərəyə 2 dəfə mərhələ adlamağın sevincini yaşayıb. Kazbek Tuayev, Valentin Xodukin, Qyoko Hacıyevski, Con Toşak isə hərəyə 1 dəfə belə uğur görüb.