[b]“Qarabağ”ın oyununda alman hakim[/b]
03.12.2017 - 15:02
Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Roma” – “Qarabağ” oyununun hakimləri bəlli olub. Apasport.az saytının məlumatına görə, çempionumuzun bu mərhələdə sonuncu matçını almaniyalı hakimlər briqadası idarə edəcəklər.
Görüşün baş hakimi Tobias Stilier olacaq. Ona yan xəttdə Mayk Pikel və Yan Seydel kömək edəcəklər. Əlavə köməkçi hakimlər isə Bastian Dankert və Harm Osmers olacaqlar. Matçın ehtiyat hakimi Kristian Cittelmann təyin olunub.
Qeyd edək ki, “Roma” – “Qarabağ” oyunu dekabrın 5-də keçiriləcək və saat 23:45-də start götürəcək.
0
0