[b]“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion bəlli oldu[/b]
07.09.2017 - 09:42
[b]“Qarabağ”ın ev oyunlarını keçirəcəyi stadion bəlli oldu[/b]

“Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasında keçirəcəyi ev oyunlarını qəbul edəcək stadion müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi rəqiblərini Suraxanı qəsəbəsindəki “Azərsun Arena” stadionunda baş tutacaq.

 

Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda C qrupunda İngiltərənin “Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klubları iləa  mübarizə aparacaq.

 

Qeyd edək ki, ağdamlılar ilk ev qarşılaşmasını sentyabrın 27-də “Roma”ya qarşı keçirəcək.

0