[b]“Qarabağ”ın üzvü yığmaya dəvət aldı[/b]
06.03.2018 - 15:55
"Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Herseqovina millisinə dəvət alıb. Apasport.az Ağdam klubunun saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiper yığma komandasının martın 20-də Bolqarıstanda başlayacaq təlim-məşq toplanışına qoşulacaq.
Bosniya və Herseqovina martın 23-də səfərdə Bolqarıstan, 4 gün sonra isə Fransada Seneqalla yoxlama oyunu keçirəcək.
Qeyd edək ki, hazırda Bosniya və Herseqovina yığmasını Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki çalışdırır.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0