Topaz Premyer Liqasının ilk dövrəsi başa çatandan sonra sərbəst buraxılan “Qarabağ”ın futbolçuları hələ də istirahətdədi. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qış fasiləsinə lider kimi yollanan komanda 2016-cı ilin hazırlıqlarına Antalyada başlayacaq.
Ağdamlılar yanvarın 5-də yığışacaq və təlim-məşq toplanışı üçün qardaş ölkəyə yollanacaq. Yanvarın 24-nə qədər Antalyanın Belek bölgəsindəki “İC Santai” otelində məskunlaşacaq “Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
Son çempionun yoxlama oyunlarının proqramı belədir:
16 Yanvar – Traktorsazi (İran)
20 Yanvar – Diosgjor (Macarıstan)
23 Yanvar – Admira Wacker (Avstrya)
23 Yanvar – Jagelloniya (Polşa)
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”