[b]“Qarabağ”ın istədiyi hücumçu özünü “yandırıb” [/b]
09.06.2014 - 11:41
[b]“Qarabağ”ın istədiyi hücumçu özünü “yandırıb” [/b]

“Düzünü desəm, mənə Superliqa klublarından da təklif var. Əlbəttə, ad çəkməyəcəyəm. Çünki bir neçə dəfə ad çəkib özümü “yandırmışam”. Apasport.az saytının məlumatına görə, bunu “Samsunspor”un bosniyalı hücumçusu Eldin Adiloviç deyib.

 

Türkiyə mətbuatının iddiasına əsasən “Qarabağ”ın hücum xəttinə transfer etmək istədiyi futbolçulardan biri də Eldin Adiloviçdir. Ağdam təmsilçisi bu keçid üçün iyunun 2-də “Samsunspor”la danışıqlar masası ətrafına əyləşib. Adiloviçin “Samsunspor”la müqaviləsi olduğu üçün Ağdam təmsilçisi kompensasiya ödəməlidir.

 

Hazırda Bosniya və Herseqovinada istirahətdə olan Adiloviç isə ilk dəfə keçidi ilə bağlı danışıb. Ancaq o, “Qarabağ” haqqında heç nə deməyib: “Müqavilə bağlamayana kimi ictimaiyyətə heç nə açıqlamayacağam. Əsas problem ondadır ki, mənim “Samsunspor”la hələ 2 illik müqaviləm var və onlar məni pulsuz buraxmaq istəmir. Onlar növbəti mövsüm I dəstədə finişə 1-ci kimi çatmaq istəyir. Ümid edirəm k, hazırkı klubumla təzminatla bağlı danışıqlar aparmaq imkanım olacaq və qarşıdakı mövsüm Türkiyədə güclü komandalara qarşı oynayacağam”.

 

Qeyd edək ki, 2009/10 mövsümündə “Muğan”da çıxış etmiş Adiloviçlə “Qarabağ”dan başqa, “Kayzerslautern”, “Bursaspor” və “Gənclərbirliyi” klublarının maraqlandığı iddia edilir. O, başa çatan mövsüm “Samsunspor”da 27 matça 16 qol vurub və 5 məhsuldar ötürməyə imza atıb.