Avropa Liqasının III təsnifat mərhələsinin "Qəbələ" - "Lill" matçını idarə edəcək Aleksey Yeskov ikinci dəfə Azərbaycan təmsilçisinin oyununda ədaləti qoruyacaq. Apasport.az saytının məlumatına görə, rusiyalı hakim “qırmızı-qaralar”dan öncə “Q arabağ”ın görüşünə təyinat alıb.
Belə ki, Yeskov Avropa Liqasının 2015/2016 mövsümündə pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Yanq Boyz” – “Qarabağ” görüşündə (0:1) dördüncü hakim funksiyasını yerinə yetirib.
Sentyabrda 38 yaşını tamamlayacaq Yeskov ilk dəfə Azərbaycan təmsilçisinin görüşündə baş hakim olacaq.
Əvvəl futbolçu olan Aleksey Yeskov 2003-cü ildə butslarını mismardan asaraq, hakimliyə başlayıb. Bir müddət aşağı liqalara təyinat alan referi 2009-cu ildə Rusiya çempionatında debüt edib. Həmin ilin oktyabrın 3-də Yeskov “Ximki” – “Terek” görüşündə fit çalıb.
“Qəbələ” – “Lill” matçının referisi karyerası ərzində Səudiyyə Ərəbistanı çempionatının 1 oyununu da idarə edib.