[b]“Qarabağ”ın legioneri sıraya döndü[/b]
06.05.2016 - 16:51
[b]“Qarabağ”ın legioneri sıraya döndü[/b]

Topaz Premyer Liqasının XXXIII turunda “Sumqayıt”la qarşılaşacaq “Qarabağ” matçın hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, məşqlərini “Azərsun Arena”da keçən Ağdam klubunda Muarem Muarem sıraya dönüb.

 

Makedoniyalı yarımmüdafiəçi ölkə kubokunun yarımfinal mərhələsinin “İnter”lə ilk oyununda sıradan çıxmışdı. Həmin görüşdə zədələnərək, erkən əvəzlənmək məcburiyyətində qalan 28 yaşlı yarımmüdafiəçi “bankirlər”lə cavab görüşü, həmçinin “Zirə” ilə çempionat matçında meydan üzü görməmişdi.

 

Zədəsini sağaldan Muarem hazırda özünü yaxşı hiss edir. Kollektivlə birgə məşqlərə qatılan təcrübəli futbolçu şans veriləcəyi təqdirdə, “Sumqayıt”a qarşı oynaya biləcək.

 

Qeyd edək ki, sabah baş tutacaq “Qarabağ” – “Sumqayıt” qarşılaşması saat 19:00-da start götürəcək. 

0