[b]“Qarabağ”ın növbəti matçının başlama vaxtı açıqlandı[/b]
28.01.2018 - 19:46
Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın növbəti sınaq matçının başlama saatı bəlli olub. Apasport.az saytının məlumatına görə, Ağdam klubu “Sarayevo” ilə qarşılaşacaq.
Bosniya və Hersoqovinanın yüksək liqa təmsilçisi ilə görüş yanvarın 29-da keçiriləcək.
Matç Bakı vaxtı ilə saat 18:30-da başlanacaq.
Qeyd edək ki, hazırda “Sarayevo” Bosniya çempionatında 3-cü yeri tutur.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0