[b]“Qarabağ”ın oyunlarının təqvimi[/b] - YENİLƏNİB
28.08.2015 - 16:14
[b]“Qarabağ”ın oyunlarının təqvimi[/b] - YENİLƏNİB

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunların təqvimi bəlli olub. Apasport.az saytının məlumatına görə, J qrupunda yer alan təmsilçimiz ilk qarşılaşmada “Tottenhem” ilə görüşəcək.

 

İngiltərə təmsilçisi ilə görüş sentyabrın 17-də Londonda baş tutacaq.

 

Oktyabrın 1-də isə komandamız "Anderlext"i qəbul edəcək.

 

Oktyabrın 22-də və noyabrın 5-də “Monako”lə ardıcıl iki dəfə, əvvəlcə səfərdə, sonra evdə qarşılaşacaq Qurban Qurbanovun yetirmələri noyabrın 26-da “Tottenhem”i Bakıda sınağa çəkəcək.

 

Dekabrın 10-da baş tutacaq son turda “Qarabağ” “Anderlext”lə səfər matçına çıxacaq.

 

17.09.2015  “Tottenhem” – “Qarabağ”

01.10.2015 “Qarabağ” – “Anderlext”

22.10.2015 “Monako” – “Qarabağ”

05.11.2015 “Qarabağ” – “Monako”

26.11.2015 “Qarabağ” – “Tottenhem”

10.12.2015 “Anderlext” – “Qarabağ”