Topaz Premyer Liqasının üçüncü turunun oyunlarının keçirilmə vaxtları ilə bağlı dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iki oyunun başlama vaxtı dəyişdirilib.
Belə ki, AZAL – “Qarabağ” matçı əvvəlcədən təyin olunduğu kimi avqustun 22-də yox, 23-də keçiriləcək. “Zirə” – “İnter” matçı isə ayın 22-dən 24-nə keçirilib.
“Xəzər Lənkəran” – “Rəvan” matçı əvvəldən təyin olunduğu kimi ayın 22-də, “Neftçi” – “Sumqayıt” görüşü 23-də keçiriləcək.
Hələlik, “Qəbələ” – “Kəpəz” görüşünün taleyi ilə bağlı son qərar verilməyib.
Qeyd edək ki, bütün oyunlar saat 21:00-da start götürəcək.