“İnter”in ölkə xaricində keçirəcəyi daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının əldə etdiyi xəbərə görə, “bankirlər” Avstriya toplanışı zamanı Slovakiyanın “Dukla” klubu ilə gücünü sınayacaq.
Bu görüşün keçiriləcəyi artıq 90 faiz həllini tapıb. Banska-Bistritsa təmsilçisi ilə görüş iyunun 25-də baş tutacaq. Bununla da “İnter”in 3 rəqibinin adına aydınlıq gəlmiş olub. Kaxaber Sxadadzenin yetirmələri iyunun 19-da Avstriyanın “Şturm”, iyunun 23-də Macarıstanın “Haladaş” klubları ilə yoxlama oyunları keçirəcək. İyunun 16 və 27-dəki rəqiblərin adları isə hələ bilinmir.
Qeyd edək ki, Slovakiya çempionatını ötən mövsüm VIII pillədə başa vuran “Dukla” vaxtı ilə “Qarabağ”la avrokuboklarda üz-üzə gəlib. 2004/05 mövsümündə UEFA Kubokunun I təsnifat mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşan slovakiyalılar 3:0 və 1:0 hesabları ilə qalib gəlmişdi.
[b]“Qarabağ”ın qənimi “İnter”ə rəqib oldu[/b]
14.06.2014 - 12:55
0
0