[b]“Qarabağ”ın Qurbanovla 300-cü sınağı[/b]
19.08.2015 - 16:07
[b]“Qarabağ”ın Qurbanovla 300-cü sınağı[/b]

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları Qurban Qurbanov üçün tarixə çevrilir. Apasport.az saytının məlumatına görə, ötən il Hollandiya “Tvente”si ilə Bakıda keçirilən ilk qarşılaşmada “Qarabağ”ı baş məşqçi kimi 250-ci dəfə meydana çıxaran 43 yaşlı mütəxəssis artıq 300-ün astanasındadı.

 

Belə ki, İsveçrədə “Yanq Boyz”a qarşı baş tutacaq ilk görüş Qurbanovun postunda yubiley matçı olacaq.

 

İndiyədək Ağdam təmsilçisini 299 oyuna çıxaran çalışdırıcı 154 qələbə, 88 heç-heçə və 57 məğlubiyyətə şahid olub. Onun rəhbərliyi altında 401 qol vuran “Qarabağ” 228 top buraxıb.

 

2008-ci ilin yayından komandanın baş məşqçisi təyin olunan mütəxəssis 7 il ərzində 224 çempionat, 31 kubok və 44 avrokubok matçında iştirak edib. Qitə miqyaslı turnirlərdəki qarşılaşmaların 8-i Çempionlar Liqası, 36-sı Avropa Liqası çərçivəsində baş tutub.