[b]“Qarabağ”ın rəqibi 30 milyon ayırdı[/b]
11.11.2017 - 15:12
[b]“Qarabağ”ın rəqibi 30 milyon ayırdı[/b]

Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Atletiko” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, Madrid təmsilçisi hücum xəttini bir qədər də gücləndirmək niyyətindədi.

 

“Çelsi”dən Dieqo Kostanı alan “Atletiko” “Napoli”nin forvardı Dris Mertensə də “elçi düşüb”. İspaniya nəhənginin baş məşqçisi Dieqo Simeone rəhbərlikdən belçikalı futbolçunun alınmasını tələb edib. “Atletiko” bu transfer üçün artıq 30 milyon avro ayırıb. Tərəflər arasında danışıqlara start verilib.

 

Qeyd edək ki, Dris Mertens 2013-cü ildən “Napoli”nin formasını geyinir.

0