[b]“Qarabağ”ın rəqibi yeni futbolçu aldı[/b]
09.08.2014 - 09:54
[b]“Qarabağ”ın rəqibi yeni futbolçu aldı[/b]

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Tvente”  heyətinə yeni futbolçu qatıb. Apasport.az xəbər verir ki, Enshede təmsilçisi cənubi afrikalı yarımmüdafiəçi Kamohelo Mokotjo ilə güclənib.

 

Onunla 4 illik müqavilə imzalanıb. 23 yaşlı yarımmüdafiəçi son mövsümü elə Hollandiyada - “Zvolle” klubunda keçirib.

 

Avroliqanın pley-off mərhələsində “Neftçi” ilə qarşılaşacaq Serbiyanın “Partizan” klubu da heyətini gücləndirib. Belqrad təmsilçisi hücumçu Nenad Marinkoviçlə anlaşıb. Onunla 2 illik müqaviləyə imza atılıb. Forvardın sonuncu klubu İsrailin “Hapoel” (Hokko) komandası olub.