“Mançester Yunayted”in yarımmüdafiəçisi Ander Errera İspaniyaya qayıda bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 28 yaşlı futbolçu Çempionlar Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Atletiko”nun maraq dairəsinə düşüb.
“Mankunianlar”la müqavilə müddəti mövsümün sonuna qədər olan və hələ də yeni sazişə qol çəkməyən İspaniya millisinin üzvü Madrid təmsilçisinə azad agent kimi keçə bilər. İngiltərəyə uyğunlaşmaqda çətinlik çəkən Errera özü də “Atletiko”da çıxış etməyin əleyhinə deyil.
Qeyd edək ki, Errera “Mançester Yunayted”ə 2014-cü ildə “Atletik”dən keçib.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”