Çempionlar Liqasının II təsnifat mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan Maltanın “Valletta” klubu yeni transferlərini təqdim edib. Apasport.az saytının məlumatına görə, təqdimat mərasimində 6 yeni futbolçu media nümayəndələri önünə çıxıb.
Bunlar qapıçı Niki Velya, sahə oyunçuları Rayan Kamilleri, Adrian Zahra, Hamed Alkamali, Rafael Kusonna və Uqo Fariadır. Qolkiper “Tarşin”, Rayan “Hibernians” klubundan gəlib. Digər 4 transfer isə legionerdir. Adrian avstraliyalı, Uqo portuqaliyalı, Rafael kamerunludur. Hamed isə BƏƏ-dən dəvət olunan futbolçudur.
Qeyd edək ki, “Qarabağ” Malta təmsilçisi ilə iyulun 15-də və 22-də görüşəcək.